SEVGİ VARSA, XÖŞBƏXTLİKDƏ VAR!

~Xöşbəxt olun~

CHİRAQ GROUP Mətbəxi

Bir Arzudan Başlayan Səyahət

XOSBEXT.AZ bir ofisiantın sadə, amma böyük bir xəyalı ilə doğuldu. O, illərlə restoran sahəsində çalışaraq xidmət mədəniyyətini dərindən öyrəndi, müxtəlif restoranlarda idarəçilik etdi, təşkilati işlər gördü və bu sahənin bütün incəliklərini mənimsədi. Bu yol ona göstərdi ki, xidmət sadəcə iş deyil — insanlara xoşbəxtlik yaşatmağın bir yoludur. Elə bu inamla da, illərin təcrübəsini bir araya gətirərək XOSBEXT.AZ və öz komandasını yaratdı. Bu gün biz həm restoran sahəsində çalışanlara, həm də bu peşəyə yeni başlayanlara öz biliklərimizi ötürür, xidmət mədəniyyətinin ən incə detalları ilə tanış edir, inkişaf yolunda onlara dəstək oluruq.


Missiyamız — hər kəsin daxilindəki peşəkarlığı üzə çıxarmaq, xidmət sahəsini sevdirərək bu sahədə güclü bir gələcək qurmaqdır. Təcrübə, düzgün yanaşma və sevgi ilə hər kəs öz uğur hekayəsini yarada bilər — bizim hekayəmiz kimi.

Elşad Hamidov

Təsisçi

"Xoşbəxt.az-ın qurulmasının arxasında insanların peşə öyrənməsi, özünü inkişaf etdirməsi və müxtəlif sahələrdə peşəkar olmaq üçün real imkan yaratmaq ideyası dayanır. Toy və tədbir təşkilatçılığı, yemək və şirniyyat hazırlığı, ofisiantlıq, xidmət və digər praktiki sahələr üzrə təlimləri bir araya gətirən bu mərkəzin əsas məqsədi hər bir iştirakçının bacarıqlarını üzə çıxarmaq və onların gələcəyinə dəyər qatmaqdır."

Təsisçi olaraq Elşad bəy Xoşbəxt.az-ı elə bir mərkəz kimi formalaşdırıb ki, burada həm yeni başlayanlar, həm də artıq təcrübəsi olanlar öz biliklərini genişləndirə, peşəkar dünyada daha güclü addımlar ata bilsinlər. Burada hər bir kurs, hər bir tələbə və hər bir uğur Xoşbəxt.az-ın böyüyən hekayəsinin bir parçasına çevrilir.

CEO Vasif Aslanov

Bizim Fəlsəfəmiz

Fəaliyyətimizin əsasını təşkil edən üç təməl prinsip.

Yalnız Keyfiyyət

Biz yalnız ən yaxşı, ən təzə və təbii məhsullardan istifadə edirik. Çünki mükəmməl dad keyfiyyətli inqrediyentdən başlayır.

Sərhədsiz Yaradıcılıq

Klassik reseptlərə hörmət edərkən, hər zaman yeniliklərə və cəsarətli ideyalara açıq oluruq. Hər dizayn bir sənət əsəridir.

Peşəkar Dəstək

Tələbələrimizin uğuru bizim uğurumuzdur. Dərs zamanı və sonrasında hər zaman onların yanında oluruq.

Peşəkar Komandamız

Sizə bu sənəti sevdirəcək istedadlı heyətimizlə tanış olun.

Müəllim Elvin Məmmədov

Elvin Məmmədov

Dekorasiya Mütəxəssisi

Müəllim Aynur Quliyeva

Aynur Quliyeva

Milli Şirniyyatlar Ustası

Murad Ağayev

Murad Ağayev

Baş Texnoloq

Nərgiz İsmayılova

Nərgiz İsmayılova

Müştəri Əlaqələri Meneceri

Bu Şirin Dünyaya Siz də Qoşulun

Xəyallarınızdakı şirniyyatları hazırlamaq üçün ilk addımı atın. Dərslərimiz haqqında məlumat almaq üçün bizə yazın!

WhatsApp ilə Müraciət Et
×

Akademiyada Qeydiyyat

Dərslərimizə qoşulmaq və yeniliklərdən xəbərdar olmaq üçün qeydiyyatdan keçin.

×

Dərslərə Qeydiyyat Başladı!

Müasir desert sənətinin sirlərini bizimlə kəşf edin! Peşəkar konditer Leyla Əliyevanın təqdimatında "Müasir Desertlər" dərsinə qeydiyyat başladı.


Dərsin Adı: Müasir Desert Texnikaları

Günlər: Hər həftənin Şənbə günü

Saat: 14:00 - 17:00

Müddət: 5 həftə

Məlumat: Qiymət və ətraflı məlumat üçün qeydiyyatdan keçin.

İndi WhatsApp ilə Qeydiyyatdan Keç
0

Səbətiniz

Səbətiniz boşdur.